Polis ötən gün 10 kiloqrama yaxın narkotik aşkarlayıb

Polis ötən gün 10 kiloqrama yaxın narkotik aşkarlayıb
  12 Aprel 2023    Oxunub:1043
Polis ötən gün 10 kiloqrama yaxın narkotik aşkarlayıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının aprelin 11-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 9,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,6 kiloqrama yaxın heroin, 5,3 kiloqramdan çox marixuana, 1,3 kiloqrama yaxın tiryək, 450 qramdan çox metamfetamin, 2970 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.


AzVision.az


Teqlər:





Xəbər lenti