Yataqxanada yanğın olub

Yataqxanada yanğın olub
  11 Aprel 2023    Oxunub:1121
Yevlax şəhərində yerləşən yataqxana binasında yanğın hadisəsi qeydə alınıb.
Hadisə şəhərin Q.Quliyev küçəsi, 3a ünvanında yerləşən keçmiş "Yunun ilkin emalı fabriki"nin yataqxana binasının 4-cü mərtəbəsində qeydə alınıb.

Yevlax şəhər sakini, 1968-ci il təvəllüdlü H.Umarovun yaşadığı ümumi sahəsi 30 kvadratmetr olan mənzilin 18 kvadratmetr hissəsi əşyalarla birgə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Yanğından mühafizə hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.

Yanğının başvermə səbəbləri hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər: Yanğın  





Xəbər lenti