Özəlləşdirmədən büdcəyə köçürmələr 2 dəfə artıb

Özəlləşdirmədən büdcəyə köçürmələr 2 dəfə artıb
  11 Aprel 2023    Oxunub:1299
Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 74,4 % çox - 26,5 milyon manat vəsait köçürüb.
AzVision.az bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, rüblük ödənişin 18,6 milyon manatı özəlləşdirmə (illik müqayisədə 2,1 dəfə çox), 7,9 milyon manatı isə icarə (illik müqayisədə 23,4 % çox) hesabına təmin edilib.

Hesabat dövründə Dövlət Xidməti 11 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 2 səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi, 162 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 112 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 21 onlayn qoşulma reallaşıb. Hərrac vasitəsilə 6 faydalı qazıntı yatağı sahibkarların istifadəsinə verilib.

İlin ilik rübündə 631 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 150-si qeyri-yaşayış, 481-i isə torpaq sahələrinə aid olub.

AzVision.az


Teqlər:





Xəbər lenti