"Hər 10 maşından 8-nin yaşı 10 ildən çoxdur" - İqtisadçı

   "Hər 10 maşından 8-nin yaşı 10 ildən çoxdur" -    İqtisadçı
  10 Aprel 2023    Oxunub:1061
Azərbaycanda yaşı 10-dan çox olan maşınların sayı və payı sürətlə artır.
AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Samir Əliyev məlumat paylaşıb. Onun sözlərinə gör, bu prosesə devalvasiya xüsusilə öz təhfəsini verib.

"Məsələn, 2014-cü ildə minik maşınlarının 62%-nin yaşı 10 ildən çox olduğu halda 2021-ci ildə 80,2%-ə, 2022-ci ildə 83,1%-ə yüksəlib. Yaşı 5 ildən az olan maşınların payı isə 17%-dən 4,7%-ə düşüb. Təsəvvür edin ki, devalvasiyadan əvvəl hər 6-cı maşın yeni olduğu halda 2021-ci ildə hər 21-ci maşının yeni olub. Hər 10 maşının 8-nin isə yaşı 10 ildən çoxdur".

S.Əliyev qeyd edib ki, bu vəziyyət avtobuslarda və yük maşınlarında vəziyyət daha acınacaqlıdır.

"Nazirlər Kabinetinin 94 saylı Qərarı ilə aprel ayının 28-dən etibarən yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi qadağan ediləcək. Bu Qərar istər-istəməz diqqəti ölkədə avtomobil parkının yaşına yönəldir".





AzVision.az


Teqlər:





Xəbər lenti