ABŞ-da inflyasiyanın aşağı düşəcəyi proqnozlaşdırılıb

ABŞ-da inflyasiyanın aşağı düşəcəyi proqnozlaşdırılıb
  08 Aprel 2023    Oxunub:1204
Mümkün tənəzzüllə bağlı yayılan şayiələrə baxmayaraq, ABŞ iqtisadiyyatı böyüməyə davam edəcək və inflyasiya azalacaq.
Bu barədə AFP-yə maliyyə naziri Canet Yellen deyib. “Bizim bank sistemimiz etibarlı və sabitdir. Gördüyümüz tədbirlər bunu gücləndirməyə və əhalinin geniş etimadını təmin etməyə yönəlib”, - deyə Yellen bildirib.

Onun sözlərinə görə, ölkə iqtisadiyyatında gözlənilən problemlərə dair çoxsaylı şayiələr fonunda əmək bazarı kifayət qədər stabil olaraq qalır.

O, əlavə edib ki, bütün əmanətlərin təhlükəsizliyi təmin ediləcək və bank sisteminin işinə nəzarət ediləcək. Eyni zamanda, məmurlar sistemin işlək vəziyyətdə olması üçün bütün imkanlardan istifadə edəcəklər.

AzVision.az


Teqlər:





Xəbər lenti