Qubadlıda döyüş sursatları aşkarlanıb

Qubadlıda döyüş sursatları aşkarlanıb
  08 Aprel 2023    Oxunub:1440
Qubadlıda döyüş sursatları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzVision.az -a verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Xudular kəndi ərazisindəki tərk edilmiş hərbi mövqelərdən döyüş sursatları aşkar edilib.

Təhlükəsizlik tədbirlərinə riayət edilməklə 1 ədəd Faqot, 120 ədəd müxtəlif çaplı mərmi və 4216 ədəd müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Qubadlı RPŞ-də araşdırma aparılır.

AzVision.az



Teqlər: Sursat  





Xəbər lenti