"Elektrik enerjisinin tənzimlənməsi artım kimi başa düşülməməlidir" - Nazir

   "Elektrik enerjisinin tənzimlənməsi artım kimi başa düşülməməlidir" -    Nazir
  07 Aprel 2023    Oxunub:1317
“Elektroenergetika haqqında” Qanunun qəbul edilməsi qiymətlərin artımı kimi başa düşülməməlidir. Bazar modeli tam fəaliyyətə başladıqdan sonra elektrik enerjisinin qiyməti tənzimlənəcək.
AzVision.az xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin aprelin 7-də üçüncü oxunuşda müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” Qanununun layihəsinə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, Azərbaycanda digər sahələr kimi, elektronika sahəsi də inkişaf edib, ölkəmiz elektrik enerjisinin idxalçısından ixracatçısına çevrilib.

“Dünyada energetika sahəsində müasir çağırışlara uyğun inkişaf modelləri hazırlanır. Dünyanın enerji xəritəsində yeri olan Azərbaycanın da bu prosesdən kənarda qalmayıb. Bu istiqamətdə konkret vəzifələr arasında energetika ilə bağlı yeni qanun layihəsinin hazırlanması, hüquq mexanizmlərinin işə salınması məqsədəuyğundur”, - deyə Pərviz Şahbazov bildirib.

Nazir bildirib ki, yeni qanun layihəsi vətəndaşlarımızın elektrik enerjisinin təmin edilməsi və dövlətin yükünün azaldılmasını özündə ehtiva edir.

Layihə enerji sektorunun yeni mərhələyə hazırlanmasını özündə xarakterizə edir. Sənəd daha dayanıqlı, səmərəli və keyfiyyətli enerji istehsalına şərait yaratmaqla bərabər, təmiz ətraf mühit, enerjinin şaxələndirilməsi, yaşıl iqtisadiyyat kimi strateji inkişaf prioritetlərini də nəzərdə tutur. Elektrik enerjisinin idxalı və ya ixracı topdansatıș bazarı qaydaları ilə tənzimlənəcək".

AzVision.az


Teqlər:





Xəbər lenti