KİV: Çin dollardan və ABŞ-dan asılı olmayan "ikinci iqtisadiyyat" yaradır

      KİV:    Çin dollardan və ABŞ-dan asılı olmayan "ikinci iqtisadiyyat" yaradır
  07 Aprel 2023    Oxunub:1326
Çin dollardan və ABŞ-dan asılı olmayacaq “ikinci iqtisadiyyat” yaradır. Odur ki, əməliyyatlar yerli valyutalarla həyata keçirildiyindən ümumi de-dollarizasiya artıq real fenomenə çevrilib.
Bu barədə Compact nəşri yazıb. Qeyd olunub ki, dedollarizasiya, yəni dolların dünyanın ehtiyat valyutası statusunun zəiflədilməsi bir vaxtlar xəyal idisə, indi reallığa çevrilib. Çin hazırda digər ölkələrlə iqtisadi əlaqələr qurmaqla məşğuldur, ticarət əməliyyatlarında yuandan istifadə edir.

Nəşr qeyd edib ki, martın ortalarında Səudiyyə Ərəbistanı Çinə nefti yuanla satmağa hazır olduğunu bəyan edib. Daha sonra Çin və Braziliya ikitərəfli ticarət əlaqələrində dollardan imtina etdiklərini açıqladılar. Bundan əlavə, bir çox ölkələr öz yerli valyutalarında ticarət imkanlarını inkişaf etdirmək prosesindədir.

Məqalə müəllifləri hesab ediblər ki, ABŞ üçün əsas təhlükə Çinin daha populyar ticarət sistemini inkişaf etdirməsi deyil, dünyada dollara tələbatın kəskin şəkildə aşağı düşəcəyidir. O zaman ABŞ sadəcə olaraq borc yükünü saxlaya bilməyəcək.

Aprelin əvvəlində “Global Times” yazıb ki, ABŞ dollardan silah düzəldir. Nəşrin məlumatına görə, dünyanın bir çox ölkələri ticarət əməliyyatlarının həyata keçirilməsində yerli valyutalardan istifadə etməyə başladığı üçün de-dollarizasiya prosesi geridönməzdir.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti