İrandan narkotik keçirilməsinin qarşısı alınıb

İrandan narkotik keçirilməsinin qarşısı alınıb
  06 Aprel 2023    Oxunub:865
İrandan Azərbaycana 11 kq narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə AzVision.az -a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 5-də saat 22:10-da “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində DSX və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə keçirdiyi tədbirlər nəticəsində ümumi çəkisi 11 kiloqram 300 qram narkotik vasitənin və 1000 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti