Çeferin yenidən postunda qaldı

   Çeferin yenidən postunda qaldı
  05 Aprel 2023    Oxunub:1316
Aleksander Çeferin yenidən Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti seçilib. Bu barədə qurumun saytında məlumat verilib.
AzVision.az xəbər verir ki, 55 yaşlı sloveniyalı bu vəzifəyə yeganə namizəd olub. Beləliklə, o, 2027-ci ilə qədər quruma rəhbərlik edəcək.

Çeferin 2016-cı ilin sentyabrından UEFA-ya rəhbərlik edir. 2019-cu ilin fevral ayında o, artıq bu vəzifəyə yenidən seçilib.

Martın 16-da Canni İnfantino üçüncü dəfə Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti seçilib. Onun yeni səlahiyyət müddəti 2027-ci ilə qədərdir. O, 2016-cı il fevralın 26-dan təşkilata rəhbərlik edir.

AzVision.az





Teqlər:





Xəbər lenti