Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının həmsədri dəyişib

Azərbaycan-Tacikistan Hökumətlərarası Komissiyasının həmsədri dəyişib
  05 Aprel 2023    Oxunub:1007
Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 7 fevral 2008-ci il tarixli sərəncamında dəyişiklik edib.
AzVision.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Komissiyanın həmsədri vəzifəsi kənd təsərrüfatı nazirindən alınaraq ekologiya və təbii sərvətlər nazirinə verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti