Samovar oğrusu tutuldu

Samovar oğrusu tutuldu
  05 Aprel 2023    Oxunub:856
İsmayıllı rayonunun Quşencə kəndi ərazisində yerləşən evlərdən silsilə oğurluqlar edilib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, ümumilikdə 6 evdən samovar və mis materialdan olan digər məişət əşyalarını oğurlayan naməlum şəxs zərərçəkənlərə 2300 manat maddi ziyan vurub.

Baş vermiş oğurluqlarla bağlı rayon polis şöbəsinə məlumat daxil olan kimi hadisə yerlərinə baxış keçirilib və cinayəti törədən şəxsin axtarışlarına başlanılıb.

Keçirilən əməliyyat nəticəsində başqasının əmlakını gizli olaraq talayan şəxsin elə həmin kənd sakini Raqub Hacılı olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin oğurladığı samovarları rayon ərazisində ayrı-ayrı misgərlərə satdığı məlum olub.

Davam etdirilən tədbirlərlə həmin əşyaların da əksəriyyəti satdığı şəxslərdən götürülərək maddi sübut kimi istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, R.Hacılının digər analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır.

AzVision.az



Teqlər:





Xəbər lenti