ABŞ ölkəmizə 18 milyard dollardan çox investisiya yatırıb

ABŞ ölkəmizə    18 milyard dollardan çox    investisiya yatırıb
  04 Aprel 2023    Oxunub:1068
İndiyə qədər ABŞ Azərbaycan iqtisadiyyatına 18 milyard dollardan çox investisiya yatırıb.
İqtisadiyyat Nazirliyindən AzVision.az -a verilən məlumata görə, bunu nazirin I müavini Elnur Əliyevin ABŞ-nin ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataramanla görüşdə bildirib.

Məlumata görə, görüşdə iki ölkənin əməkdaşlığının genişləndirilməsi, enerji diversifikasiyası, texnologiyaların transferi, logistika, “yaşıl” enerji və rəqəmsal iqtisadiyyat sahələri üzrə əməkdaşlıq istiqamətləri müzakirə edilib, ABŞ-la iqtisadi-ticarət tərəfdaşlığının inkişafı qeyd edilib. Bildirilib ki, iki ölkənin biznes dairələrinin iştirakı ilə ticarət missiyalarının və işgüzar görüşlərin keçirilməsi iqtisadi əlaqələrin şaxələndirilməsinə stimul verir.

E.Əliyev Bakıda ABŞ-Azərbaycan “Yaşıl” Enerji Forumunun təşkilinin iki ölkə arasında investisiya qoyuluşlarının həcminin artırılması, bərpa olunan enerj sahəsində ABŞ təcrübəsinin tətbiqi baxımından əhəmiyyətinə toxunub, Azərbaycanın bu sahədə artıq dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq nümunələrinin olduğunu diqqətə çatdırıb. Nazir müavini ölkəmizin təşəbbüskarı və iştirakçısı olduğu regional və qlobal əhəmiyyətli layihələr barədə danışıb. O qeyd edib ki, enerji sahəsində ABŞ-la uğurlu əməkdaşlıq var. Bununla belə, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi baxımından, xüsusilə kənd təsərrüfatı, logistika, nou-hau və s. sahələrin böyük potensialı mövcuddur.

AzVision.az



Teqlər: ABŞ  





Xəbər lenti