“Kalaşnikov” gizlədən şəxs tutulub - VİDEO

“Kalaşnikov” gizlədən şəxs tutulub -    VİDEO
  04 Aprel 2023    Oxunub:1323
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlayan şəxs tutulub.
DIN-in mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Camal Quliyev tutularaq istintaqa təqdim edilib. Onun evindən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah aşkar olunaraq götürülüb.

Camal Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Faktla bağlı 33-cü polis Bölməsində toplanan materiallar Suraxanı Rayon Polis İdarəsinə göndərilib, arşadırmalar davam etdirilir.



AzVision.az


Teqlər:





Xəbər lenti