Kiyev BVF-dən 2,7 milyard dollar məbləğində birinci tranşı alıb

Kiyev BVF-dən 2,7 milyard dollar məbləğində birinci tranşı alıb
  03 Aprel 2023    Oxunub:1111
“Kiyev yeni maliyyələşdirmə proqramı çərçivəsində Beynəlxalq Valyuta Fondundan (BVF) 2,7 milyard dollar məbləğində ilk tranşı alıb”.
Bunu Ukrayna Milli Bankının rəhbəri Andrey Pışnı bildirib. “Ukrayna yeni genişləndirilmiş maliyyələşdirmə proqramı çərçivəsində BVF-dən ilk tranşı alıb. Bu, təqribən 2,7 milyard dollara bərabər olan 2 milyard xüsusi çek hüququdur”, - Pışnı deyib.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun (BVF) Direktorlar Şurası Ukrayna üçün dörd il müddətinə 15,6 milyard dollar məbləğində kredit proqramını təsdiqləyib. Vəsaitlər Kiyevin bir sıra makroiqtisadi və maliyyə tədbirlərinə yönəldiləcək.

Kredit Ukrayna kvotasının 577%-ni təşkil edir. Məqsəd Kiyevin fiskal, xarici, qiymət və maliyyə sabitliyini qorumaq, tədricən iqtisadiyyatın bərpasına yönəlmiş siyasətlərin həyata keçirilməsini dəstəkləməkdir.

Fond gözləyir ki, kredit beynəlxalq donorlar və Ukraynanın tərəfdaşlarından sərfəli şərtlərlə genişmiqyaslı maliyyə cəlb etməyə kömək edəcək.


AzVision.az


Teqlər:





Xəbər lenti