Salyanda ev yandı, 1 uşaq öldü

Salyanda ev yandı,    1 uşaq öldü
  03 Aprel 2023    Oxunub:1348
Salyan rayonunda güclü yanğın olub.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, Həsənli kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli, 4 otaqlı evin yanar konstruksiyaları və qamışdan ibarət dam örtüyü yanıb. Yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi 2 nəfər (uşaq) xəstəxanaya aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Uşaqlardan biri xəstəxanada vəfat edib.

Hadisə ilə bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti