Böyük Dəbilqə: Azərbaycan cüdoçusu finala yüksəlib

   Böyük Dəbilqə:    Azərbaycan cüdoçusu finala yüksəlib
  01 Aprel 2023    Oxunub:1209
Azərbaycan cüdoçusu Səid Mollayi Türkiyənin Antalya şəhərində keçirilən Böyük Dəbilqədə finala yüksəlib.
AzVision.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Şarofiddin Boltaboyevi (Qazaxıstan) məğlub edib.

Mollayi qızıl medal uğrunda Mattias Kasse (Belçika) ilə üz-üzə gələcək.

81 kq-dakı digər idmançı Zelim Tçkayev 1/8 finalda Alfa Umar Caloya (Fransa) yenilib.

73 kq çəki dərəcəsində çıxış edən Hidayət Heydərov yarımfinalda Manuel Lombardoya (İtaliya) uduzub. Eyni çəkidəki Nurlan Osmanov təsəlliverici qarşılaşmada Adil Osmanova (Moldova) qalib gələrək bürünc medal uğrunda görüşdə məhz Heydərova rəqib olub.

Qeyd edək ki, yarışa aprelin 2-də yekun vurulacaq. İlk gündə Azərbaycan təmsilçiləri medal qazana bilməyiblər.

AzVision.az


Teqlər:





Xəbər lenti