Mədə kiçiltmə əməliyyatı keçirənlər oruc tuta bilərmi?

Mədə kiçiltmə əməliyyatı keçirənlər oruc tuta bilərmi?
  30 Mart 2023    Oxunub:1154
Bariatrik əməliyyat keçirib, artıq çəkidən qurtulan insanlar oruc zamanı quru, qatı qida ilə duru qidaları ayıraraq yemək tövsiyə olunub.
Türkiyəli ümumi cərrah Harun Karabaşak piylənmə xəstəliyi olan insanlara tövsiyələr verib.

Bədən kütlə indeksi 30 üzərində olan xəstələr çox zaman mədə kiçiltmə əməliyyatı etdirir. Gastrik bypass əməliyyatı keçirənlər mütləq Ramazanda oruc tutacağı barədə həkiminə deyib, müayinə olunduqdan sonra və dietoloqun tövsiyəsi ilə oruc tutmalıdır.

“Belə xəstələr orucluqda uzun saatlar maye qəbul etməyəcəyi üçün böyrək pozulmaları ola bilər, qidalanma az olduğu üçün protein, zülal defisiti yaşana bilər. Mədə keçiltmə əməliyyatı keçirənlərdə ciddi kilo itkisi və vitamin əskikliyi ola bildiyi üçün biz əməliyyatdan sonrakı 24 ayda, yəni 2 il oruc tutmamağı tövsiyə edirik. 24 aydan sonra xəstələr əməliyyatı keçirən cərrah və həkim diyetoloqdan görüşdən sonra oruc tuta bilər”.



Teqlər:





Xəbər lenti