Bakıda yaşayış binasında yanğın, 1 nəfər zəhərlənib - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın,  1 nəfər zəhərlənib - YENİLƏNİB
  29 Mart 2023    Oxunub:2203
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər tüstüdən zəhərlənib.
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 m² sahədə mətbəx mebeli, 1 ədəd aspirator, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qabyuyan maşın yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən AzVision.az -a bildirilib k, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti