Ukraynadakı münaqişə qlobal iqtisadiyyatı yavaşladır

   Ukraynadakı münaqişə qlobal iqtisadiyyatı yavaşladır
  29 Mart 2023    Oxunub:1204
Qlobal iqtisadiyyat Ukraynada münaqişə başlayandan sonra yavaşlamağa başlayıb. Buna görə də, 2023-cü ildə dünya yalnız koronavirus pandemiyasından əziyyət çəkən iqtisadiyyatda cüzi artıma ümid edə bilər.
Bu barədə “Sabah” yazıb. Vurğulanıb ki, 2023-cü ildə Rusiya-Ukrayna böhranının əsas afterşokları davam edəcək və bu, qlobal iqtisadiyyatın “kövrək” bərpasını davam etdirəcək. Eyni zamanda, Amerika və Avropa banklarının çökməsi beynəlxalq maliyyə sistemi ilə bağlı qorxuları artırır.

Nəşrin yazdığına görə, 2008-ci ilin qlobal böhranından sonra müxtəlif ölkələrin dövlət qurumları düzgün nəticələr çıxara bildiyi üçün ABŞ-ın “hər kəs özü üçün” siyasəti əmanətçilərin müdafiəsi üçün ağlabatan tədbirlər, bəyanatlar və addımlarla əvəzlənib.

Qeyd olunub ki, G7 dövlətlərin iqtisadiyyatları bank mühitində baş verən bütün hadisələrə daha həssas olmalıdır. Bundan əlavə, vəziyyəti daha da pisləşdirməmək üçün istehsalın, innovasiyaların və iqtisadiyyatın geniş seqmentlərinin dəstəklənməsi davam etdirilməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti