Bu gün 4 nəfər koronavirusdan ölüb

   Bu gün    4 nəfər    koronavirusdan ölüb
  28 Mart 2023    Oxunub:792
Azərbaycanda son gün ərzində koronavirus infeksiyasına 74 yeni yoluxma qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə AzVision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 829 494 nəfər koronavirusa yoluxub. Onlardan 819 115 nəfər müalicə olunaraq sağalıb, 10 175 nəfər vəfat edib, hazırda aktiv xəstə sayı 204 nəfərdir.

Son gün ərzində 1 721, hazırkı dövrədək isə 7 555 412 test aparılıb.



Eyni zamanda ölkədə son sutka ərzində 595 nəfər vaksinasiya olunub. Belə ki, gün ərzində birinci doza vaksinlərin sayı 331, ikinci doza vaksinlərin sayı 107 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 130-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 27 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 953 632 olub.
AzVision.az



Teqlər:





Xəbər lenti