Türkiyə klubu "Qarabağ"ın oyunçusunu transfer etmək istəyir

Türkiyə klubu "Qarabağ"ın oyunçusunu transfer etmək istəyir
  28 Mart 2023    Oxunub:990
Bakıda “Qarabağ” və “Qalatasaray” klubları (1:2) arasında keçirilən xeyriyyə matçında meydanın ən yaxşılardan olan Abdulla Zubirə Türkiyə komandalarının marağı artmaqda davam edir.
AzVision.az xəbər verir ki, həmin klublardan biri də “Alanyaspor”dur.

Super Liqa təmsilçisinin baş məşqçisi Ərsun Yanal futbolçunu sərəncamında görmək istəyir və klub rəhbərliyindən yayda bu transferi həll etmələrini xahiş edib.

Fransanın “Lill” klubu da mərakeşli futbolçunu heyətinə cəlb etmək istəyir.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyur. Ağdam təmsilçisinin heyətində 103 oyuna çıxan A.Zubir 29 dəfə rəqib qapısına yol tapıb.

AzVision.az



Teqlər:





Xəbər lenti