İsveç-Azərbaycan matçında erməni təxribatı -FOTO

   İsveç-Azərbaycan matçında erməni təxribatı    -FOTO
  28 Mart 2023    Oxunub:1549
Avropada yaşayan ermənilər növbəti dəfə Azərbaycana qarşı təxribata əl atıblar.
AzVision.az xəbər verir ki, Ermənistan parlamentinin keçmiş deputatı Arman Abovyan sosial şəbəkələrdə İsveç-Azərbaycan matçına dair stadiondan çəkilmiş fotolar paylaşıb. O yazıb ki, azarkeşlər arasında separatçı rejimin bayraqlarını dalğalandıran ermənilər də olub.

Bundan əlavə matç zamanı təxribatçılar siyasi plakatlar da qaldırıblar. Ermənilərin qaldırdıqları banner və qondarma bayraqlar cəmi 30 saniyə havada qalıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları azarkeşlərin bu təxribatlarına müdaxilə ediblər.

Qeyd edək ki, qondarma "Artsax" və Ermənistan bayraqları ilə paralel qaldırılmış plakatda Laçın dəhlizi ilə bağlı sərsəm çağırışlar yazılıb. Bu isə futbol matçları zamanı təxribat sayılır, klub və milli komandaların cəzalandırıması ilə nəticələnir.



Tural Tağıyev
AzVision.az



Teqlər: Təxribat   Matç  





Xəbər lenti