Nəsrin qəza keçirdi

   Nəsrin qəza keçirdi
  27 Mart 2023    Oxunub:1167
Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə Türkiyədə qəza keçirib.
AzVision.az xəbər verir ki, aktrisa keçən il ona sponsorluq edən avtomobil markasının verdiyi nəqliyyat vasitəsi ilə qəza törədib. Yaşadığı binanın dayanacağında maşınını vuran sənətçi şirkətə zəng edərək vəziyyəti izah edib. Şirkət ona başqa bir avtomobil bağışlayıb. Aktrisa səhhətinin yaxşı olduğunu deyib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti