Yevlaxda mikroavtobus iki qadını vurub

Yevlaxda mikroavtobus iki qadını vurub
  27 Mart 2023    Oxunub:756
Yevlaxda avtomobil iki qadını vurub.
Hadisə rayonun Nizami prospektində qeydə alınıb. 1991-ci il təvəllüdlü Ruslan Abdullayev idarə etdiyi "Qaz-322132" markalı mikroavtobusla 1975-ci il təvəllüdlü Səbinə Ələsgərova və 1962-ci il təvəllüdlü Bəsdi Mirzəyevanı vurub.

Piyadalardan Səbinə Ələsgərova hadisə yerində ölüb, xəsarət alan Bəsdi Mirzəyeva xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti