“Google Scholar”da ən çox istinad edilən dəqiq elmlər üzrə azərbaycanlı alimlərin adları açıqlanıb - SİYAHI

“Google Scholar”da ən çox istinad edilən dəqiq elmlər üzrə azərbaycanlı alimlərin adları açıqlanıb  - SİYAHI
  23 Mart 2023    Oxunub:1623
Fizika, Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə AMEA-nın həqiqi və müxbir üzvlərinin əsərlərinə “Google Scholar”da istinadlarla bağlı statistika məlum olub.
AzVision.az xəbər verir ki, siyahıda Akademiyanın 36 üzvünün adı yer alıb.

“Google Scholar”da ən çox istinad edilən şəxs AMEA-nın müxbir üzvü Vaqif Quliyevdir. Bakı Dövlət Universitetinin əməkdaşı olan V.Quliyevin əsərlərinə istinad sayı 4 778-dir.

İkinci sırada isə 4 378 istinadla İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev qərarlaşıb. Növbəti yerlərdə Surxay Əkbərov, Rafiq Əliyev və başqalarıdır. Riyaziyyat və Mexanika İnstitutunun direktoru, keçmiş təhsil naziri Misir Mərdanov siyahıda 15-cidir.

Tam siyahı ilə bu linkdən tanış olmaq olar

AzVision.az



Teqlər:





Xəbər lenti