Market işçisi 10 minlik ərzaq oğurladı

Market işçisi 10 minlik ərzaq oğurladı
  22 Mart 2023    Oxunub:1033
Paytaxtın Nərimanov rayonunda marketdən 10 min manatlıq ərzaq malları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-dən 21-dək olan müddətdə rayon ərazisindəki marketlərin birindən 10 min manat dəyərində ərzaq malları oğurlamaqda şübhəli bilinən marketin işçisi, Gəncə şəhər sakini V.İsgəndərov saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti