Taekvondoçularımızdan bir gümüş, iki bürünc medal

Taekvondoçularımızdan    bir gümüş, iki bürünc medal
  20 Mart 2023    Oxunub:937
Lommel şəhərində keçirilən taekvondo üzrə açıq Belçika çempionatı başa çatıb.
AzVision.az Azərbaycan Taekvondo Federasiyasına istinadla xəbər verir ki, G2 kateqoriyalı yarışı millimiz 1 gümüş və 2 bürünc medalla başa vurub.
Yığmanın heyətində Səyyad Dadaşov (54 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Digər taekvondoçularımızdan Qaşım Maqomedov (58 kq) və Patimat Abakarova (53 kq) isə bürünc medala sahib olublar.

AzVision.az


Teqlər:





Xəbər lenti