İki gündə 25 kq narkotik aşkarlandı

İki gündə 25 kq narkotik aşkarlandı
  20 Mart 2023    Oxunub:890
Azərbaycanda son iki gündə 24,5 kiloqram narkotik aşkarlanıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının martın 18-də və 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 24,5 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 6 kiloqramdan artıq heroin, 8,5 kiloqrama yaxın marixuana, 3,9 kiloqramdan artıq həşiş, 4 kiloqramdan çox tiryək, 2,1 kiloqramdan çox metamfetamin, 288 ədəd yüksək təsiredici xassəyə malik həblər olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti