Deputat: “Fiziyevin mötəbər turnirdə iştirakı idmanımız üçün böyük uğurdur”

   Deputat:    “Fiziyevin mötəbər turnirdə iştirakı idmanımız üçün böyük uğurdur”
  19 Mart 2023    Oxunub:1139
Xəbər verdiyimiz kimi məşhur idmançı Rafael Fiziyev martın 18-də İngiltərədə keçirilən UFC döyüşlərində Azərbaycanı təmsil etdi.
Bu yarışda həmyerlimizi dəstəkləmək üçün Londondan və Azərbaycandan gələn həmyerlilərimiz "O2 Arena" idman mərkəzinin hər tərəfində üç rəngli şanlı bayrağımızı dalğalandırıblar.

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri, Azərbaycan Kikboksinq Federasiyasının (AKF) fəxri prezidenti Adil Əliyev və AKF prezidenti Orxan Əliyev, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev də "O2 Arena"da Rafael Fiziyevi dəstəkləyiblər.

Milli Məclis sədrinin müavini Adil Əliyev turnirlə bağlı açıqlamalarında deyib:“Həmyerlimiz Rafael Fiziyevin UFC-286 (MMA) turnirində Castin Geyci ilə döyüşünü izləmək və dəstək olmaq üçün dəvət əsasında London şəhərindəyik. Rafael Fiziyev yarışda ciddi səy göstərsə də, təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədi. Hər bir halda idmançımızın belə bir mötəbər turnirdə iştirakı və göstərdiyi döyüş idmanımız üçün böyük uğurdur. Bütün azərbaycanlı idmançılara beynəlxalq yarışlarda qələbə arzu edirəm”.

AzVision.az



Teqlər:





Xəbər lenti