Gimnastlarımız 3 qızıl, 1 gümüş medal qazanıblar

 Gimnastlarımız 3 qızıl, 1 gümüş medal qazanıblar
  19 Mart 2023    Oxunub:1102
Batut gimnastikası üzrə Azərbaycan yığması Latviyanın paytaxtı Riqada keçirilən beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal qazanıb.
Azərbaycan Gimnastika Federasiyasından AzVision.az bildirilib ki, fərdi proqramda Selcan Mahsudova, Samirə Hüseynova, Hüseyn Abbasov birinci, Mehdi Əliyev ikinci yeri tutub.

S.Mahsudova böyüklər, S.Hüseynova 11-12 yaşlılar, H.Abbasov 15-16 yaş yaşlılar arasında qızıl, M.Əliyev isə 15-16 yaşlılar arasında gümüş mükafata yiyələnib.

Azərbaycan millisi, həmçinin Avropa Gimnastikasının təşkilatçılığı ilə “inkişaf təlim-məşq” düşərgəsinə qatılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti