Toy karvanında avtoxuliqanlıq edən 9 nəfər məsuliyyətə cəlb edilib

Toy karvanında avtoxuliqanlıq edən    9 nəfər məsuliyyətə cəlb edilib
  17 Mart 2023    Oxunub:1032
Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən 9 nəfər məsuliyyətə cəlb edilib.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Ağdam RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində toy karvanında avtoxuliqanlıq edən 9 nəfər müəyyən edilərək şöbəyə gətirilib.

Onların idarələrində olan avtomobillər müvəqqəti duracağa yerləşdirilib.

Həmin şəxslər barəsində qanunvericiliyə uyğun protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

AzVision.az



Teqlər: Toy-Karvanı  





Xəbər lenti