"Banklar standartların yumşaldılmasını gözləyir" - AMB

   "Banklar standartların yumşaldılmasını gözləyir" -    AMB
  16 Mart 2023    Oxunub:1121
Azərbaycan bankları bu ilin I rübündə istehlak kreditləri üzrə standartların yumşaldılmasını gözləyir.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Kreditləşmə fəaliyyətinə dair sorğu"sunun nəticəsində bildirilib.

Eyni zamanda, banklar istehlak kreditlərinə, xüsusilə əməkhaqqı kreditlərinə olan tələbdə artım gözlədiklərini bildiriblər.

Belə ki, bankların I rübdə istehlak kreditləri standartlarına dair gözləntiləri 17 %, o cümlədən avtomobil kreditləri üzrə 9 %, kart kreditləri üzrə 7 %, əməkhaqqı kreditləri üzrə 14 %, məişət kreditləri üzrə 8 % təşkil edir.

Bundan başqa, I rübdə istehlak kreditlərinə tələb 16 %, həmçinin avto kreditlərə tələb 8 %, kart kreditlərinə tələb 16 %, əməkhaqqı kreditlərinə tələb 14 %, məişət kreditlərinə tələb 10 % artacağı proqnozlaşdırılır.

Xatırladaq ki, sorğu 2022-ci ilin I rübündən etibarən rüblük əsasda keçirilir. Cari hesabat bu ilin I rübü üzrə sorğunun nəticələrini əks etdirir. Hesabatda təqdim olunan gözləntilər Azərbaycan Mərkəzi Bankının gözləntilərini deyil, yalnız kreditləşmə fəaliyyətinə dair sorğunun respondentlərinin (bankların) kreditləşmənin gələcək tendensiyası ilə bağlı qiymətləndirmələrini əks etdirir.

AzVision.az


Teqlər:





Xəbər lenti