Bir ildə 16 velosipedçini maşın vurub öldürüb

Bir ildə 16 velosipedçini maşın vurub öldürüb
  15 Mart 2023    Oxunub:1024
Ötən il ərzində velosipedçilərin vurulması ilə nəticələnən yol qəzalarının sayı açıqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd edilib. Bildirilib ki, ötən il velosipedçilərin vurulması ilə nəticələnən 29 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 16 nəfər ölüb, 15 nəfər isə xəsarət alıb.

Qeyd olunub ki, bu, həmin növ qəzaların ağırlıq dərəcəsinin kifayət qədər yüksək olduğunu göstərir. Velosipedçilərin iştirakı ilə baş verən yol qəzalarının əsas səbəblərindən biri bu tip nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizlik qaydalarına riayət edilməməsidir.

AzVision.az


Teqlər:





Xəbər lenti