“AzerGold” qızıl hasilatını 1 %, gümüş hasilatını isə 66 % artırıb

   “AzerGold” qızıl hasilatını 1 %, gümüş hasilatını isə 66 % artırıb
  14 Mart 2023    Oxunub:1049
2022-ci ildə “AzerGold” QSC 62,1 min unsiya qızıl və 223,1 min unsiya gümüş hasil edib.
Bu barədə AzVision.az -a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 0,5 min unsiya (0,9 %) və 88,6 min unsiya (65,9 %) çoxdur.

Beləliklə, 2017-2022-ci illərdə isə dövlət şirkətinin qızıl hasilatı 318 min unsiya, gümüş hasilatı isə 711 min unsiya təşkil edib.

2023-cü ildə isə 62,5 min unsiya qızıl, 108,3 min unsiya gümüş hasil edilməsi hədəf olaraq müəyyən olunub.
AzVision.az


Teqlər:





Xəbər lenti