Bir sıra ölkələrdə defolt proqnozlaşdırılıb

   Bir sıra ölkələrdə defolt proqnozlaşdırılıb
  13 Mart 2023    Oxunub:1129
ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin mümkün kəskin artması səbəbindən bir sıra ölkələr defoltla üzləşə bilər.
Bu barədə “Açıq İnvestisiya” şirkətinin aparıcı analitiki Andrey Koçetkov bildirib. Onun sözlərinə görə, Hindistan, eləcə də Afrika və Latın Amerikası kimi onlarla ölkənin iqtisadiyyatı narahatlıq doğurur. Ekspert qeyd edib ki, ABŞ dolları ilə ifadə olunan xarici borc probleminin həcmi və saxlanmasına ehtiyac var.

Dövlət maliyyə idarəçiliyi təcrübəsi keçmiş öhdəliklərin yenidən maliyyələşdirilməsi imkanını nəzərdə tutur. Son 15 il ərzində kifayət qədər aşağı faizlə borclar alınıb. Amma indi ABŞ Federal Ehtiyat Sisteminin monetar siyasətinə görə kreditlər xeyli bahalaşır.

Borclarını yenidən maliyyələşdirmək üçün bir çox ölkələr daha yüksək faizlə borc götürməli olacaqlar. Koçetkov əlavə edib ki, ticarət balansı zəif olan iqtisadiyyatlar üçün bu, dözülməz olur. O qeyd edib ki, bu, ilk növbədə ikiqat büdcə və ticarət kəsiri olan ölkələrə aiddir.

Həmçinin dolların bahalaşması problemli ölkələrdən ixrac mallarının qiymətinin aşağı düşməsinə səbəb olur. Bu dövlətlərin gəlirləri əziyyət çəkir, xərcləri isə artır. Koçetkov belə nəticəyə gəlib ki, borc və valyuta şoklarından qurtulmağın yeganə yolu imkanlarımız daxilində yaşamaq və öz iqtisadiyyatımızı inkişaf etdirməkdir.

AzVision.az


Teqlər:





Xəbər lenti