Zəngilan xəstəxanasının tikinti işlərinin 90 faizi yerinə yetirilib

Zəngilan xəstəxanasının tikinti işlərinin 90 faizi yerinə yetirilib
  11 Mart 2023    Oxunub:1254
İşğaldan azad edilən ərazilərdə əhaliyə sosial xidmətlər göstərən müəssisələrin tikintisi davam edir. Zəngilan rayonunda modul tipli xəstəxananın tikintisi davam edir və işlərin 90 faizi yerinə yetirilib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarındakı xüsusi nümayəndəsi Vahid Hacıyev verib.

O bildirib ki, Cəbrayılda 930 nömrəli məktəbin tikintisində də işlərin 32 faizi tamamlanıb. Digər infrastruktur layihələrin icrası vəziyyətinə toxunan xüsusi nümayəndə nəzərə çatdırıb ki, Horadiz-Ağbənd dəmir yolunun tikintisinin 38 faizi, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisinin isə 68 faizi icra olunub. Eyni zamanda, Cəbrayıl-Şükürbəyli-Hadrut avtomobil yolunun tikintisinin 70 faizi, Qubadlı-Eyvazlı avtomobil yolunun 40 faizi, Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolunun isə 46 faizi icra olunub. Hazırda bu yolların tamamlanaraq istismara verilməsi üçün işlər davam edir. Cari ildə bəzi yolların istismara verilməsi gözlənilir.

AzVision.az



Teqlər:





Xəbər lenti