“WhatsApp” Britaniyada bağlana bilər

“WhatsApp” Britaniyada bağlana bilər
  10 Mart 2023    Oxunub:1886
“WhatsApp” messencerinin Böyük Britaniyada internet təhlükəsizliyi ilə bağlı yeni qanuna görə fəaliyyəti dayandırıla bilər.
Bu barədə “Bloomberg” məlumat yayıb. Yeni qanuna əsasən, səlahiyyətlilər “WhatsApp”ı moderasiya siyasətini həyata keçirməyə məcbur edə bilər, əgər xidmətdə istifadəçilərin yazışmalarını qoruyan şifrələmə varsa, onu həyata keçirmək mümkün deyil. Qanundan yayınmaq cərimə ilə nəticələnəcək.

“WhatsApp”ın rəhbəri Uill Ketkart qanunu sərt tənqid edərək bildirib ki, dünyanın konkret regionlarında başdan-başa şifrələmə zəiflədilə bilməz. Üstəlik, bu, xidmətin bütün istifadəçilərinin təhlükəsizlik səviyyəsinin aşağı düşməsinə səbəb olub.

“Bütün istifadəçilərimiz təhlükəsizlik istəyir - istifadəçilərimizin 98%-i Böyük Britaniyadan kənardadır və onlar şifrələmənin zəiflədilməsini istəmirlər. Odur ki, tətbiqin ölkəni tərk etməsi və ya onun ərazisində bloklanması yeni tələblərə əməl etməkdən daha asandır”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti