Müəllim şagirdi dərsi köçürdüyü üçün öldürdü

 Müəllim şagirdi dərsi köçürdüyü üçün öldürdü
  09 Mart 2023    Oxunub:1646
Kenyada qəribə cinayət hadisəsi baş verib. AzVision.az Citizen Digital-a istinadən xəbər verir ki, Keniyanın Çemas şəhərindəki orta məktəblərdən birində təhsil alan şagird qeyri-adi səbəbdən öldürülb.
Kelvin Kiptanui adlı yeniyetmə imtahan suallarının cavablarını sinif yoldaşından köçürüb. Bundan sonra iki müəllim onu ​​cəzalandırmaq qərarına gəlib və şagirdə fiziki xəsarətlər yetirib. Hadisədən sonra uşaq xəstəxanaya çatdırılsa da, həkimlər 16 yaşlı yeniyetmənin həyatını xilas edə bilməyiblər.

Məktəbin rəhbərlərindən biri Joel Çemiron hadisə ilə bağlı bildirib ki, iki müəllim Kiptanuiyə imtahanında saxtakarlığa yol verdiyi üçün cəza olaraq 22 dəfə dəyənəklə vurub. Maraqlıdır ki, Kiptanui hadisədən iki həftə əvvəl məktəbə qəbul edilibmiş.

Hüquq-mühafizə orqanları bu anormal qətl hadisəsi ilə bağlı araşdırmalara başlayıblar.

Tural Tağıyev
AzVision.az



Teqlər: Kenya  





Xəbər lenti