Bakıda sərnişin avtobusu yanıb

Bakıda sərnişin avtobusu yanıb
  07 Mart 2023    Oxunub:1226
Bu gün saat 07:45 radələrində 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən "Meyvəli" bazarı istiqamətinə hərəkətdə olan "İveco Otoyol" markalı 90-LR- 327 nömrə nişanlı avtobus yanıb.
Bu barədə AzVision.az-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.

ilkin məlumata görə, avtobus mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb. Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.

Hadisə yerinə dərhal yaxınlaşan YPX əməkdaşları sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin ediblər. Yanğın qısa müddət ərzində söndürülüb.

Qeyd olunan yolda hərəkət tam bərpa edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti