Yanacaqdoldurmadan 23 dollar oğurladığı üçün 14 il mağarada gizləndi
"Kassada çox az pul olub - cəmi 23 dollar. Bu uçursuz qarətdən sonra oğrular hadisə yerindən uğurlu şəkildə qaçsa da, tezliklə polis hər iki çinlini taparaq həbs edib. Hüquq-mühafizə xidməti əməkdaşlarının onu da yaxalayacağını anlayan Liu dağda gizlənmək qərarı verib", - nəşr yazıb.
Polis Liunun ailəsini dindirən və evində axtarışlar apardığı bir vaxtda o günlərlə meşədə gizlənib. Moufu nəhayət dağa qalxaraq mağada daha uzun müddətli gizlənə biləcəyini anlayıb. Çinli qidanı qədim üsullarla heyvan ovlamaq və giləmeyvə toplamaqla əldə edirmiş. Amma cinayətkar bəzən kartof və ət almaq üçün kəndə də düşüb və bir neçə dəqiqə valideynlərini belə görə bilib.

Maraqlıdır ki, Liunun ailəsi dəfələrlə ondan hakimiyyət orqanlarına təslim olmasını xahiş etsə də, o polisə getməkdən imtina edərək "tarzan həyat"ı yaşamağı seçib. Yalnız 2023-cü ildə o, artıq belə təcrid olunmuş həyatı davam etdirə bilməyəcəyini anlayıb. Liu14 il ərzində atasının yas mərasimini və oğlunun toyunu buraxıb, nəvəsini belə görməyib.
Sonda çinli polisləri mağaraya çağıraraq könüllü şəkildə orada təslim olub. Liunu 10 ilə qədər həbs gözləyir.
Tural Tağıyev
AzVision.az
Teqlər: Çin