8-ci km bazarında keyfiyyətsiz kolbasalar aşkarlanıb

8-ci km bazarında keyfiyyətsiz kolbasalar aşkarlanıb
  02 Mart 2023    Oxunub:870
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Nizami rayonu 8-ci km bazarında plandankənar yoxlama keçirilib.
Agentlikdən AzVision.az -a verilən məlumata görə, yoxlama zamanı fiziki şəxs Quliyev Məhəmməd Sahabətdin oğlunun 2 ayrı piştaxtada temperatur rejimi gözlənilmədən, üzərində etiket məlumatları olmayan kolbasa məhsullarının satışını həyata keçirdiyi aşkarlanıb.

Aparılan nəzarət tədbiri zamanı fiziki şəxs Quliyev Məhəmməd Sahabətdin oğlunun və “Sevilən Ad” MMC-yə məxsus qida məhsullarının satışı həyata keçirilən obyektlərin qida təhlükəsizliyi qeydiyyatı olmadan fəaliyyət göstərdiyi müəyyən edilib.

Aşkar olunmuş faktlarla bağlı sanitar-gigiyenik normalara cavab verməyən və ticarət qaydaları gözlənilmədən satışı həyata keçirilən məhsulların satışının qarşısının alınması istiqamətində tədbirlər görülüb, müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Həmçinin obyekt sahibləri barəsində inzibati protokol tərtib edilib.

Araşdırmalar davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti