Bakıda evdən 120 min dollarlıq qızıl oğurlanıb

Bakıda evdən 120 min dollarlıq qızıl oğurlanıb
  02 Mart 2023    Oxunub:758
Bakıda mənzildən 120 min dollarlıq qızıl oğurlanıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Səbail rayonunun Badamdar qəsəbəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə 41-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşları müvafiq araşdırmalar aparıb və ötən ilin dekabr ayından bu il fevralın 26-dək olan müddətdə mənzildən 120.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakinləri S.Rzabəyli və tanışı E.Ağayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub və onlar saxlanılıblar. Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti