Azərbaycanda tikilən yollar üzrə vəziyyət açıqlanıb

   Azərbaycanda tikilən yollar üzrə vəziyyət açıqlanıb
  01 Mart 2023    Oxunub:1776
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ildə ümumi uzunluğu 2 241,5 km təşkil edən 18 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri, həmçinin Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri davam etdirilib.
Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına dair Tədbirlər Planında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-26-cı illər ərzində ümumi uzunluğu 2 264,5 km təşkil edən 20 avtomobil yolu layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub.

Bu layihələrdən uzunluğu 28,5 km təşkil edən Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu 2020-ci ildə, uzunluğu 101,5 km təşkil edən “Zəfər yolu” 2021-ci ildə inşa edilib. 2022-ci ildə Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun (uzunluğu 22 km, 2-3 hərəkət zolaqlı) tikintisi başa çatdırılıb.

Tədbirlər Planına uyğun olaraq layihələrdən 12-nin icrasının 2023-cü, iki layihənin 2024-cü, üç layihənin 2025-ci və bir layihənin isə 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.

2023-cü ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Talış-Tapqaraqoyunlu-Qaşaltı avtomobil yolu (22 km, iki hərəkət zolaqlı),

2. Bərdə-Ağdam avtomobil yolu ( 44,5 km, dörd hərəkət zolaqlı),

3. Füzuli-Hadrut avtomobil yolu (12 km, dörd hərəkət zolaqlı),

4. Qubadlı-Eyvazlı avtomobil yolu (28,5 km, iki hərəkət zolaqlı),

5. Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu (26,4 km, iki hərəkət zolaqlı),

6. Horadiz-Tuğ-Azıx mağarası avtomobil yolu (22 km, iki hərəkət zolaqlı),

7. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu (70,4 km, dörd hərəkət zolaqlı),

8. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu (39,7 km, dörd hərəkət zolaqlı),

9. Ağdam-Füzuli avtomobil yolu (64,8 km, dörd hərəkət zolaqlı),

10. Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu (45 km, iki hərəkət zolaqlı),

11. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (112 km) İran İslam Respublikası ilə bağlantısı və Araz çayı üzərində körpülərin tikintisi;

12. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi (1 182,7 km, iki hərəkət zolaqlı).

2024-cü ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu (81,6 km, dörd hərəkət zolaqlı),

2. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işləri.

2025-ci ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (123,9 km, dörd-altı hərəkət zolaqlı),

2. Toğana-Kəlbəcər-İstisu avtomobil yolu (81,6 km, iki-dörd hərəkət zolaqlı),

3. Kəlbəcər-Laçın avtomobil yolu (76,3 km, iki-dörd hərəkət zolaqlı).

2026-cı ildə tikintisinin başa çatdırılması nəzərdə tutulan avtomobil yolu layihələri:

1. Ağdam şəhərinin daxili yollarının tikintisi.

2022-ci il ərzində yerinə yetirilmiş işlər

2022-ci il ərzində 803,5 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub:

- Respublika əhəmiyyətli - 234,3 km;

- Yerli əhəmiyyətli - 398 km;

- Bakı şəhər yolları - 171,2 km.

2020-21-ci illərdə tikintisinə və yenidən qurulmasına başlanmış Ucar, Qəbələ, Hacıqabul, Goranboy, Daşkəsən rayonları ərazisində yerləşən, ümumi uzunluğu 191 km olan, 56,8 min nəfər əhalinin yaşadığı 35 yaşayış məntəqəsini birləşdirən beş kəndlərarası avtomobil yolu layihəsi, habelə 2022-ci ilin investisiya planına daxil edilmiş Abşeron, Ağstafa, Biləsuvar, Saatlı, Yevlax, Qazax, Bərdə, Neftçala və Cəlilabad rayonları ərazisində yerləşən, ümumi uzunluğu 111,5 km olan, 97,2 min nəfər əhalinin yaşadığı 32 yaşayış məntəqəsini birləşdirən doqquz kəndlərarası avtomobil yolu layihəsi 2022-ci ildə başa çatdırılaraq əhalinin istifadəsinə verilib.

Bundan əlavə, Yevlax şəhəri ərazisində Mingəçevir şəhəri ilə Yevlax Pilot Aqroparkını birləşdirəcək 9,3 km uzunluğunda avtomobil yolunun tikintisi, Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Neftçala rayonu ərazisində uzunluğu 10 km olan Neftçala-Xol Qaraqaşlı-Şorsulu avtomobil yolunun 7-ci km-dən ayrılan Həsənabad-Neftçala və Bankə-Beştalı və Qax rayonu ərazisində uzunluğu 1,1 km olan Qaxbaş kəndi ərazisində avtomobil yollarının yenidən qurulması da başa çatdırılıb.

2022-ci ildə icrasına ilkin vəsait ayrılmış, Ağsu, Beyləqan, Xaçmaz, İmişli, Qax, Masallı, Siyəzən və Zaqatala rayonları ərazisində ümumi uzunluğu 235,7 km olan, 114,3 min nəfər əhalinin yaşadığı 78 yaşayış məntəqəsinin birləşdirən səkkiz kəndlərarası avtomobil yolu layihələrinin icrası isə davam etdirilib.

2022-ci il ərzində respublikamızın ümumi istifadədə olan avtomobil yollarında dörd körpü təmir edilib, Bak-Şamaxı-Yevlax magistral yolunun 14,9, 18,5, 25-ci km-də, Xocasən-Lökbatan yolunda yeni açılan metronun “Xocasən” stansiyasının yanında və Zığ-Hövsan avtomobil yolunun 1,7-ci kilometrliyində olmaqla beş yerüstü piyada keçidinin tikintisi başa çatdırılıb.

Bakı şəhərinin avtomobil yolları

2022-ci il ərzində bütün maliyyə mənbələri hesabına Bakı şəhəri və onun 12 rayonunda ümumi uzunluğu 171,2 kilometr olan bir avtomobil yolu və 124 şəhər əhəmiyyətli, habelə qəsəbədaxili küçələrin təmiri işləri də başa çatdırılıb:

- Ağ Şəhər - 4,4 km;

- Zığ-Hövsan avtomobil yolu - 6,8 km;

- Binəqədi rayonu üzrə - uzunluğu 19 km olan 20 küçə;

- Xəzər rayonu üzrə - uzunluğu 21,88 km olan bir yol və 31 küçə;

- Xətai rayonu üzrə - uzunluğu 13,66 km olan 10 küçə;

- Qaradağ rayonu üzrə - uzunluğu 20,73 km olan 15 küçə;

- Nərimanov rayonu üzrə - uzunluğu 11,09 km olan 13 küçə;

- Nizami rayonu üzrə - uzunluğu 6,95 km olan 13 küçə;

- Nəsimi rayonu üzrə - uzunluğu 5,12 km olan 11 küçə;

- Sabunçu rayonu üzrə - uzunluğu 19,27 km olan 24 küçə;

- Səbail rayonu üzrə - uzunluğu 6,32 km olan 13 küçə;

- Suraxanı rayonu üzrə - uzunluğu 21,55 km olan 25 küçə;

- Yasamal rayonu üzrə - uzunluğu 6,75 km olan səkkiz küçə;

- Pirallahı rayonu üzrə - uzunluğu 7,8 km olan altı küçə.

Bakı şəhər yollarında 620,2 min kvadratmetr sahədə cari təmir işləri yerinə yetirilib.

Daxili investisiya hesabına yerinə yetirilən layihələr

Şamaxı şəhərində ümumi uzunluğu 36,1 km təşkil edən şəhərdaxili küçələrin əsaslı təmiri, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun uzunluğu 47,2 km təşkil edən Oğuz-Şəki hissəsinin yenidən qurulması və uzunluğu 13,7 km olan Sumqayıt-Hacı-Zeynalabdin Tağıyev avtomobil yolunun tikintisi başa çatdırılıb.

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 53-119 km sahəsində, uzunluğu 66 km təşkil edən Quba-Bakı istiqamətindəki hərəkət hissəsinin deformasiyaya uğramış beton örtüklü yol geyimi sökülərək asfalt-beton örtük tikilməklə yenidən qurulması işləri də başa çatdırılıb.

M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun (150 km, dörd hərəkət zolaqlı), “Ağ şəhər” layihəsi çərçivəsində 8 Noyabr prospektində piyada körpüsünün, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 204-207-ci km-lik hissəsinin və Astaraçay çayı üzərində körpünün və Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun (Ağsu çayı ilə kəsişməsində yeni körpünün tikintisi ilə birlikdə) tikintisi işləri davam etdirilib.

Xarici kredit hesabına yerinə yetirilən layihələr

1. M-2 magistral avtomobil yolunun Gəncə-Gürcüstan Respublikası ilə dövlət sərhədi hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi üzrə işlər davam etdirilib. Layihə üzrə yerinə yetirilən işlər Lot 1 - 100%, Lot 2 - 100%, Lot 3 – 70,8% təşkil edir. Uzunluğu 130,15 km olan I dərəcəli avtomobil yolunun tikintisi işlərinə 2019-cu ildə başlanılıb, 2023-cü il ərzində başa çatdırılması nəzərdə tutulur.

2. M-3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun uzunluğu 71 km olan Yenikənd-Salyan-Biləsuvar hissəsinin II texniki dərəcəyə uyğun yenidən qurulması layihəsi üzrə yerinə yetirilən işlərin fiziki tərəqqisi 6% təşkil edir.

Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlər

2022-ci il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 7 838 yol nişanı, 12 913 siqnal dirəyi, 1 580 p/m əyrixətli tir quraşdırılıb və bərpa edilib, 1,9 milyon kv.m həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.

2022-ci il ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnən 626 yol-nəqliyyat hadisəsi (Bakı şəhərində 107) baş verib. Bunun nəticəsində 8 148 p/m əyrixətli tir, 110 ədəd beton bordür, 161 p/m mühafizə çəpəri, 25 işıq dirəyi, 34 ədəd yol nişanı, yeddi ədəd məlumat lövhəsi, beş ədəd səsboğucu lövhə və 38 m körpü məhəccəri yararsız hala düşüb. Ümumilikdə yol təsərrüfatına 699 146 manat məbləğində maddi ziyan dəyib. 2022-ci il ərzində dəymiş ziyanın 505 980,4 manatı (72,4 %) ödənilib.

Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 16 yol-nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə, 66 yol-nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığından, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.

Ekologiya və yaşıllaşdırma

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 3 424 km avtomobil yollarının təhkim zolağındakı yaşıllıqlara xidmət göstərilir və hazırda yolların mühafizə zolağında 1 796 911 ədəd ağac mövcuddur.

Avtomobil yollarının təhkim zolağında 2020-21-ci illərdə 258 157 ədəd, 2022-ci ildə isə 147 075 ədəd, ümumilikdə 674,3 hektar ərazidə 404 595 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib. Hazırda 18,82 hektar ərazidə yaradılmış doqquz tinglik sahəsində 135 827 ədəd ağac və kol bitkisi yetişdirilir.


Teqlər:





Xəbər lenti