Evli kişi sevgilisini hissələrə bölərək qalıqlarını eyvanda gizlətdi

Evli kişi sevgilisini hissələrə bölərək qalıqlarını eyvanda gizlətdi
  01 Mart 2023    Oxunub:766
Yaponiyada polis Şizuoka prefekturasının Numazu şəhərində sevgilisini öldürərək hissələrə bölən şəxsi həbs edib.
Bu barədə “Straits Times” nəşri məlumat yayıb. Belə ki, 33 yaşlı tək ana İto Ayumi 31 yaşlı Yuki Tsuçiya ilə keçən il Şizuoka Prefekturasının İnkişaf Komitəsinin üzvü olanda tanış olub. Kişi evli olsa da, onlar arasında sevgi münasibəti başlayıb. Fevralın 23-də polis həmin şəxsi həbs edib.

Dindirilərkən o, iki gün əvvəl Ayuminin başına küt alətlə vurduğunu dərhal etiraf edib. Bu, onun avtomobilində baş verib. Qadın zərbədən ölməyib, sevgilisi onu iplə boğub. O, artıq evində olan meyiti parçalara ayırıb. Qadının qalıqları Tsuçiyanın evinin eyvanında, digər hissəsi isə onun avtomobilində tapılıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti