Bakı metrosunda qatarda nasazlıq yaranıb

Bakı metrosunda qatarda nasazlıq yaranıb
  28 Fevral 2023    Oxunub:750
"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "Nərimanov" stansiyasında ikən baş vaqonun qapısı bağlanmadığından normativlərə uyğun texniki baxış keçirilməsi zərurəti yaranıb.
AzVision.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, maşinist əlavə texniki baxış tələb etdiyindən qatar sərnişinlər düşürülməklə "Nərimanov" elektrik deposuna yola salınıb. Nəticədə, intervaldan əlavə bir marşrut üzrə 4 dəqiqəlik yubanma yaranıb. Həmin qatarın əvəzinə xəttə ehtiyat qatar verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti