Teatr direktoruyla qalmaqalı var idi, işdən çıxarıldı

   Teatr direktoruyla qalmaqalı var idi,    işdən çıxarıldı
  28 Fevral 2023    Oxunub:1219
Dekabrın 22-si Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini təyin edilən və eyni zamanda nazir vəzifəsinin icrası ona tapşırılan Adil Kərimlinin vəzifəsindən azad etdiyi şəxslər sırasında Könül Cəfərova xüsusilə diqqət çəkib.
Teatr sektorunun keçmiş müdirinin adı ötən il Dövlət Kukla Teatrın direktoru Rəşad Əhmədzadənin OLAY-a müsahibəsi zamanı çəkilmiş, ciddi məsələlərdə ittiham olunmuşdu.

R. Əhmədzadə K. Cəfərovanı teatrda aparılan zamansız yoxlama ilə bağlı günahlandırmış, sifarişçinin o olduğunu iddia etmişdi:

“Bu proses 2021-in 29 dekabrından da əvvəl başlayıb. Teatrımızın 90 illiyi idi, mən də mükafatlandırma üçün siyahı göndərdim. Lakin məktuba cavab verilmədi. Əksinə, Teatr Sektorunun müdiri Könül Cəfərova bildirdi ki, heç kimə mükafat verilmir.

Mən YUĞ teatrında direktoru müvəqqəti əvəz edəndə iki gün ərzində işdən azad etdiyim 44 nəfərin içində idi. Orada dram artisti, rejissor köməkçisi vəzifəsində çalışmışdı. Hər halda heç kəs bilmir ki, dram artisti kimi hansı rolları oynayıb”.

Qeyd edək ki, A. Kərimlinin K. Cəfərova da daxil olmaqla 30-dan çox vəzifəli şəxsi işindən azad etməsiylə bağlı xəbəri qafqazinfo.az yayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti