Bloomberg: Rusiya nefitini Qanada saxlamaq niyyətindədir

      Bloomberg:    Rusiya nefitini Qanada saxlamaq niyyətindədir
  28 Fevral 2023    Oxunub:973
Rusiyadan gələn neft alıcıların sayının azalması səbəbindən Afrika Qanasında saxlanılacaq.
Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb. Nəşr qeyd edib ki, “Theseus” tankeri bu Afrika ölkəsinin ərazi sularına fevralın 24-də gəlib. O, Qara dənizdəki limandan təxminən 600 min barel Rusiya neftini daşıyırmış.

Yüklər Temadakı (Atlantik okeanı sahilindəki şəhər) anbar çənlərinə daşınacaq. Qeyd olunub ki, Rusiyadan Qərbi Afrika ölkəsinə neftin çatdırılması ilə bağlı bu hadisə son beş ildə ilkdir.

Qana kiçik neft ixrac edən ölkədir və gündə təxminən 140 min barel nəql edir. Eyni zamanda, o, iki ən böyük xammal tədarükçüsü - Nigeriya və Anqolanın yanında yerləşir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti