Bananların içərisindən 9 tona yaxın kokain çıxdı

Bananların içərisindən 9 tona yaxın kokain çıxdı
  27 Fevral 2023    Oxunub:952
Ekvador polisi Belçikaya gedən banan yükündən təxminən 330 milyon dollar dəyərində 8,78 ton kokain müsadirə edib.
Bu barədə Ekvador polisi məlumat yayıb. Qeyd olunub ki, Ekvador limanında liman polisi, kinoloqlar, kəşfiyyat və narkotiklərlə mübarizə xidmətinin birgə əməliyyatı çərçivəsində Belçikaya gedən şübhəli banan konteyneri müəyyən edilib.

Ərzaq qutularının arasından içərisində ağımtıl maddə olan düzbucaqlı çantalar aşkar edilib və aparılan sınaqdan sonra çantalarda olan maddənin kokain olduğu müəyyənləşib.

Yerli ekspertlərin fikrincə, narkotik Avropa bazarında qiyməti təxminən 330 milyon dollardır.


AzVision.az


Teqlər:





Xəbər lenti