Ermənistan Tərtərin Çardaqlı kömür mədənini qanunsuz istismar edib

   Ermənistan Tərtərin Çardaqlı kömür mədənini qanunsuz istismar edib
  27 Fevral 2023    Oxunub:868
İşğal zamanı Ermənistan eyni zamanda İrəvan istilik elektrik stansiyasında istifadə məqsədilə, Azərbaycanın Tərtər rayonunun Çardaqlı kömür mədənini qanunsuz istismar edib.
Bu barədə XİN-in Azərbaycanın enerji ehtiyatlarının qeyri-qanuni istismarı ilə əlaqədar Azərbaycan tərəfindən Enerji Xartiyası Müqaviləsinə əsasən Ermənistana qarşı başlanmış arbitraj prosesinə dair mətbuat məlumatında bildirilib.

“Nəhayət, Ermənistan Azərbaycan ərazisində əlavə enerji infrastrukturu qurmaqla Azərbaycanın hidroenergetika və kömür ehtiyatlarının qeyri-qanuni istismarına şərait yaradıb. Məsələn, Ermənistan işğal olunmuş ərazilərlə Ermənistan arasında “birbaşa həyat xətti” kimi təsvir edilən və Ermənistanın təhlükəsizliyində “əhəmiyyətli rol” oynayacaq yeni kömür-nəqliyyat magistralının tikintisini maliyyələşdirib”, - məlumatda deyilir.

AzVision.az


Teqlər:





Xəbər lenti